Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail ordusu Qəzzadan çıxacaqmı? Nazirdən mühüm açıqlama

2 dəq
Paylaş:
İsrail ordusu Qəzzadan çıxacaqmı? Nazirdən mühüm açıqlama

“İsrail ordusu Qəzza zonasında daimi qalacaq”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Katz bildirib.

İsrailin hərbi akademiya zabitlərinin məzuniyyət mərasimində çıxışı zamanı qeyd edib ki, hazırkı siyasət təşəbbüskarlıq, qətiyyət, təhdidlərin aradan qaldırılması və ölkə sərhədlərinin qorunmasına əsaslanır.

“İsrail Müdafiə Qüvvələri əbədi olaraq Qəzza zonasında qalacaq”, – deyə o vurğulayıb.

Katz düşmənləri İsrailin qətiyyətini sınağa çəkməməyə çağırıb və bildirib ki, əks halda onlar vahid xalq və güclü, qalib ordu tərəfindən cavab alacaqlar.

Nazir əlavə edib ki, Yəməndəki husi qruplaşmasının rəhbərliyinə qarşı keçirilib, həmçinin İranda İsrail dövlətinin məhv edilməsinə yönəlmiş təhdidlərə qarşı tədbirlər görülüb.

“Gələcəkdə İsrailin məhv edilməsinə yönələn heç bir təhdidə dözməyəcəyik və yaxın və ya uzaqdan asılı olmayaraq istənilən təhlükəyə qarşı hərəkətə keçəcəyik”, – deyə Katz bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax