Əsas məzmuna keç

İzmirdə qeyri-adi hadisə: 400 min lirəni zibilə atan şəxs onu belə tapdı

İzmirdə qeyri-adi hadisə: 400 min lirəni zibilə atan şəxs onu belə tapdı

Türkiyənin İzmir şəhərində zibilə atılan 400 min lirəlik vəsaitin tapılması üçün 15 tonluq tullantı sahəsi ələkdən keçirilib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Türkiyənin İzmir şəhərində zərgərin başına gələn hadisə həm gərgin anlara, həm də xoş sona səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Karabağlar rayonunda yaşayan 43 yaşlı zərgər dostunun qızıl almaq üçün ona əmanət etdiyi 400 min lirəni səhvən zibilə atıldıqdan sonra tapmağı bacarıb.

Məlumata görə, Günəş pulu evə gətirdikdən sonra mətbəxə qoyub. Lakin vəziyyətdən xəbərsiz olan həyat yoldaşı içərisində pul olan hesab edərək digər tullantılarla birlikdə küçədəki konteynerin yanına yerləşdirib.

Bildirilib ki, hadisədən xəbər tutan zərgər dərhal axtarışlara başlayıb. O, bələdiyyə əməkdaşlarının köməyi ilə tullantı toplama mərkəzinə gedərək təxminən 15 ton zibilin içərisində axtarış aparıb.

Qeyd olunub ki, ilkin axtarışlardan nəticə əldə olunmadıqdan sonra Mehmet Günəş ərazidəki 7 təhlükəsizlik kamerasının görüntülərini araşdırıb.

Məlumata əsasən, kamera görüntülərində təmizlik işçilərinin konteyneri boşaltdığı, lakin kənarda qalan paketin sonradan yenidən konteynerə atıldığı müəyyən edilib. Bundan sonra həmin yerə qayıdan zərgər pul dolu paketi zibillərin arasından tapıb.

Hadisə ilə bağlı danışan Mehmet Günəş bildirib ki, pulun ona aid olmaması səbəbindən böyük məsuliyyət hiss edib. O, həyat yoldaşının xəbəri olmadan paketi atdığını öyrəndikləri zaman çox gərgin anlar yaşadıqlarını qeyd edib.

Zərgər 15 ton zibilin içərisində axtarış aparmağın çətin olduğunu, lakin sonda pulu tapdıqları üçün həm sevinc, həm də rahatlıq hiss etdiklərini bildirib.

Qeyd edək ki, Mehmet Günəş axtarış prosesində ona kömək edən bələdiyyə əməkdaşlarına təşəkkür edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…