"2025-ci ildə Rusiya qanunlarını pozan 70 mindən çox əcnəbi Rusiyadan deportasiya edilib".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev deyib.
O bildirib ki, keçən il qanunu pozduqlarına görə 72.000 əcnəbi deportasiya edilib.
"2025-ci ildə qanunu pozduqlarına görə 72.000 əcnəbi deportasiya edilib. Əlbəttə ki, sual yaranır, biz on dəfə çox deportasiya edə bilərdikmi? Əgər daha çox maliyyə olsaydı, edə bilərdik", - o qeyd edib.