İtaliyanın şimalındakı Suviana gölündə su elektrik stansiyasında partlayış baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat verib.
Boloniya Qubernatorluğundan verilən məlumatda elektrik stansiyasında işləyən 4 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilib.
Mətbuatda dərc olunan müvafiq xəbərlərdə stansiyanın su səviyyəsindən aşağı bir nöqtədə baş verən partlayışdan sonra stansiyada yanğının baş verdiyi, yanğınsöndürmə qruplarının xüsusilə alovlara müdaxilə etməkdə çətinlik çəkdiyi qeyd edilib.