Operativ Məlumat Mərkəzi

İtaliya Qırmızı dənizdə pilotsuz uçuş aparatını vurub

1 dəq
Paylaş:
İtaliya Qırmızı dənizdə pilotsuz uçuş aparatını vurub
İtaliyanın Duilio gəmisi Qırmızı dənizdə ona yaxınlaşan pilotsuz uçuş aparatını vurub. "Operativ Məlumat Mərkəzi-OMM"-in İtaliya Müdafiə Nazirliyinə...

İtaliyanın Duilio gəmisi Qırmızı dənizdə ona yaxınlaşan pilotsuz uçuş aparatını vurub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in İtaliya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, ekipaj özünümüdafiə prinsipi əsasında hərəkət etdiyini bildirib.

Qeyd edilib ki, PUA 6 kilometr məsafəyə yaxınlaşıb.

“Sözügedən gəmi hazırda Husi qruplaşmalarının hücumlarından sonra kommersiya marşrutları üzrə pulsuz naviqasiya təmin edən zonadadır”, - deyə bəyanatda bildirilir.

Müdafiə naziri Quido Krozetto qeyd edib ki, Husilərin ticarət gəmilərinə hücumları “terror xarakteri daşıyır və beynəlxalq hüququn pozulmasıdır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər