Əsas məzmuna keç

“Axios”: Ağ Ev rəsmiləri İranla bağlı gizli görüş keçiriblər

“Axios”: Ağ Ev rəsmiləri İranla bağlı gizli görüş keçiriblər

ABŞ administrasiyasının yüksək səviyyəli təmsilçiləri Tehranın nüvə proqramı və regional gərginliyi müzakirə edib. Görüşün pərdəarxası detalları nələrdir?

en ru

ABŞ Prezidenti administrasiyasının əsas üzvləri Amerika liderinin Kemp-Devid iqamətgahında gizli müşavirə keçirərək İrana qarşı gələcək addımları müzakirə ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "" portalı üç amerikalı məmura istinadən yazıb.

Nəşr xatırladıb ki, sonuncu dəfə bu cür görüş 2025-ci ilin iyununda – İsrailin İrana hücumundan cəmi bir neçə gün əvvəl baş tutub.

Müşavirəni vitse-prezident Cey Di Vens keçirib. İştirakçılar arasında Marko Rubio, Pit Heqset, prezidentin xüsusi elçisi Stiv Uitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn olub.

Daha əvvəl Tramp "Time" jurnalına müsahibəsində ABŞ-dəki aralıq seçkilərindən sonra İrana qarşı bombardmanların bərpa olunması ehtimalını mümkün hesab edib.

Nəşr qeyd edib ki, Ağ Ev rəhbərini həmçinin Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı planlaşdırdığı hücuma qoşulmağa çağırıblar. Səudiyyə tərəfi Trampın üsyançılara qarşı aviazərbələrə icazə verməsində təkid edir. Lakin o hələ ki imtina etməyə meyillidir, ancaq amerikalı məmurların sözlərinə görə, Tramp qərarını dəyişə bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…