Operativ Məlumat Mərkəzi

İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşib

1 dəq
Paylaş:
İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşib
bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Avqustun 13-də məlum olub ki, Roberto Mançini İtaliya millisinin baş məşqçisi...

Luçano Spalletti futbol üzrə İtaliya milli komandasının baş məşqçisi təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Avqustun 13-də məlum olub ki, Roberto Mançini İtaliya millisinin baş məşqçisi vəzifəsindən azad olunub. O, 2018-ci ildən milliyə rəhbərlik edib.

Spallettinin 64 yaşı var. 2021-2023-cü illərdə İtaliya təmsilçisi “Napoli”ni çalışdırıb. Komanda son mövsümdə onun rəhbərliyi altında ölkə çempionu olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər