Əsas məzmuna keç

İt dişləyən uşağın son vəziyyəti açıqlanıb

İt dişləyən uşağın son vəziyyəti açıqlanıb

TƏBİB sosial şəbəkədə videosu yayılan it dişləyən uşaqla bağlı açıqlama yayıb. TƏBİB-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Balakən...

TƏBİB sosial şəbəkədə videosu it dişləyən uşaqla bağlı açıqlama yayıb.

TƏBİB-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Balakən qeydiyyatında olan, Sumqayıtda məskunlaşan 2016-cı il təvəllüdlü Mirqafarov Tunar Kənan oğlu ailə üzvləri ilə birlikdə 8 iyul 2023-cü il tarixində ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Sumqayıt Mərkəzinin Uşaq Xəstəxanasına daxil olub.

Ailə üzvlərinin sözlərinə görə, onu it dişləyib.

Baş, qol və kürək nahiyələrindən xəsarətlər alan Tunar Mirqafarova ilkin tibbi yardım göstərilib, cərrahi əməliyyatlar həyata keçirilib.

Eyni zamanda ona quduzluq əleyhinə immunoqlobulin və sxemə uyğun antrabik vaksini vurulub.

Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…