Əsas məzmuna keç

DİN məktəb önündə zəhərlənmə şayiələrini təkzib etdi

DİN məktəb önündə zəhərlənmə şayiələrini təkzib etdi

Sosial şəbəkələrdə yayılan səs yazısı təşviş yaradıb. Daxili İşlər Nazirliyi şagirdlərin zəhərlənməsi və konfet paylanması ilə bağlı iddialara aydınlıq gətirdi.

en ru

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra uşaqların zəhərlənməsi barədə səs yazısı yayılıb.

DİN Mətbuat Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə bildirilib ki, səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqini tapmayıb.

Vətəndaşlardan xahiş olunur ki, mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymasınlar, xüsusilə də uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı belə məlumatların ictimaiyyətdə əsassız narahatlıq yaratmasına şərait yaratmasınlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…