Əsas məzmuna keç

İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib

İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib

bu barədə parlamentin saytında dərc olunmuş press-relizdə məlumat verilib. Rəsmi açıqlamadan anlaşılır ki, söhbət xüsusi qanunla tənzimlənən və rəsmi...

İsveçrə parlamentinin Siyasət və Təhlükəsizlik Komitəsi Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə tədbirlər çərçivəsində ölkəyə 5 milyard İsveçrə (5,5 milyard dolları) verilməsi planını dəstəkləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin saytında dərc olunmuş press-relizdə məlumat verilib.

Rəsmi açıqlamadan anlaşılır ki, söhbət xüsusi qanunla tənzimlənən və rəsmi Kiyevin maliyyə ehtiyaclarının ödəniləcəyi fondun yaradılmasından gedir. İsveçrənin bu fonda töhfəsi 5 milyard təşkil etməlidir. Bu vəsait Ukraynanın mülki infrastrukturunun bərpasına yönəldiləcək.

Tədbirlər paketi Ukraynaya yardım üçün pul ayrılması ilə yanaşı, 2025-ci ildən 2028-ci ilə qədər olan dövrdə İsveçrə Silahlı Qüvvələrinin maliyyələşdirilməsinin 4 milyard frank artırılmasını (29,8 milyard franka çatdırılmasını) nəzərdə tutur və ordunun döyüş qabiliyyətinin tezliklə gücləndirilməsinə yönəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…