Əsas məzmuna keç

İsveçdə vəfat edən Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirilir

İsveçdə vəfat edən Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirilir

Diasporla İş üzrə Dövlət Komitəsi İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin Vətənə gətirilməsi...

Diasporla İş üzrə Dövlət Komitəsi İsveçin şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin Vətənə gətirilməsi məsələsini nəzarətə götürüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, hazırda cənazənin Azərbaycana gətirilməsi üçün sənədləşmə və digər texniki işlər görülür.

“Məsələ ilə bağlı mərhumun ailə üzvləri ilə davamlı əlaqə saxlayırıq”, - Dövlət Komitəsindən bildirilib.

Qeyd edək ki, əslən Şuşadan olan Şahin 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Şahin Tağıyev İsveçdə qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…