Operativ Məlumat Mərkəzi

İsveçdə antiterror əməliyyatında 4 nəfər saxlanılıb

1 dəq
Paylaş:
İsveçdə antiterror əməliyyatında 4 nəfər saxlanılıb
bu barədə ölkənin Təhlükəsizlik Polisi (SEPO) məlumat yayıb. Onların saxlanılması SEPO-nun polis departamenti ilə keçirdiyi birgə əməliyyat zamanı baş...

İsveçdə antiterror əməliyyatı zamanı 4 nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Polisi (SEPO) məlumat yayıb.

Onların saxlanılması SEPO-nun polis departamenti ilə keçirdiyi birgə əməliyyat zamanı baş tutub.

"Bu şəxslər terror aktı hazırlamaqda şübhəli bilinirlər. Təhlükəsizlik polisi onların mütəşəkkil qrupla əlaqələrinin olduğunu ehtimal edir", - məlumatda deyilir.

Əməliyyatla bağlı bir sıra axtarışlar da aparılıb. İlkin istintaqı Milli Təhlükəsizlik İdarəsinin prokurorlarının göstərişi ilə SEPO aparır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər