Əsas məzmuna keç

İstefada olan hərbçilər yenidən orduya çağırılır

İstefada olan hərbçilər yenidən orduya çağırılır

Qeyri-döyüş şəraitində ölənlərin sayını azaltmaq üçün istefada olan zabitlər ordusunda xidmətə qaytarıla bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” nəşri yayıb.

Bildirilib ki, Ermənistan ordusu bu ilin 9 ayı ərzində 26 hərbçisini itirib və təcili olaraq bu problemin həlli yolarını düşünür:

“Belə faciələrin sayı durmadan artır. Keçən həftə iki öldü. Hakimiyyət öz məsuliyyətini etiraf etməsə də, daxili müzakirələrdə orduda özbaşınalıq olduğu danışılır”.

Nəşrin məlumatına görə, oktyabrın 22-də hökumət bu problemi müzakirə edib. Parlamentin müdafiə və təhlükəsizlik komissiyasının sədr müavini Armen Xaçatryan “Hərbi xidmət haqqında” qanuna təqaüddə olan zabitlərin pensiyalarını saxlamaqla və maaşlarını almaqla xidmətə qayıtmaq imkanı verən dəyişiklik təklif edib. Onun fikrincə, bu, 18-20 yaşlı əsgərlərin həyatını xilas etməyə kömək edəcək.

Bundan əvvəl Ermənistanın Baş prokuroru Anna Vardapetyan bildirib ki, 2024-cü ilin yanvarından indiyədək silahlı qüvvələrdə 26 hərbi qulluqçu ölümü qeydə alınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…