Əsas məzmuna keç

İsrailin şimalı uçuşlara bağlanıb

İsrailin şimalı uçuşlara bağlanıb

İsrail mətbuatında yer alan xəbərdə ölkənin şimalındakı hava sahəsinin Təl-Əvivin üzərində yerləşən Hadera şəhərindən başlayaraq uçuşlara bağlandığı...

İsrail rəhbərliyi və Tehrandakı hücumlardan sonra bölgədə gərginliyə görə ölkənin şimalını uçuşlara bağlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İsrail mətbuatında yer alan xəbərdə ölkənin şimalındakı hava sahəsinin Təl-Əvivin üzərində yerləşən Hadera şəhərindən başlayaraq uçuşlara bağlandığı bildirilib.

Uçuş qadağasının 24 saat ərzində həyata keçiriləcəyi və bölgədə yollarda heç bir məhdudiyyətin olmadığı bildirilib.

İsrail ordusu ötən gün Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürü öldürdüyünü açıqlayıb.

Bu gün səhər tezdən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…