İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücumları nəticəsində təxminən 25 nəfər həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalının məlumat yayıb.
Fələstin Səhiyyə Nazirliyi daha əvvəl İsrailin Qəzza əməliyyatı və İordan çayının qərb sahilindəki qarşıdurmalarda ölənlərin sayının 19 mini keçdiyini açıqlamışdı. Nazirliyin məlumatına görə, ölənlərin 70 faizi qadın və uşaqlardır.