İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində 60-dan çox fələstinli həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Qeyd edilib ki, Anklavın şimalındakı Şati qaçqın düşərgəsinə endirilən hava zərbəsi nəticəsində 23 nəfər ölüb, onlarla insan yaralanıb.
İsrail-ABŞ tərəfindən idarə olunan Qəzza Humanitar Fonduna (GHF) aid olan zolağın cənubundakı Rəfahda yardım paylama məntəqəsinə hava hücumu nəticəsində daha 2 nəfər ölüb, 30-dan çox adam yaralanıb.