Əsas məzmuna keç

Qəzza Səhiyyə Nazirliyi: 21 min xəstənin təxliyəsi 8 il çəkə bilər

Qəzza Səhiyyə Nazirliyi: 21 min xəstənin təxliyəsi 8 il çəkə bilər

Qəzza Səhiyyə Nazirliyi İsrailin məhdudiyyətləri səbəbindən xaricdə müalicəyə ehtiyacı olan 21 mindən çox xəstə və yaralının təxliyəsinin təxminən 8 il çəkəcəyini bildirib.

en ru

Qəzzanın Səhiyyə Nazirliyi xaricdə təcili tibbi müalicəyə ehtiyacı olan fələstinli xəstə və yaralıların mövcud prosedurlar və məhdudiyyətlər çərçivəsində təxliyə edilməsinin təxminən 8 il çəkə biləcəyini açıqlayıb. Səhiyyə qurumu bu ləngimənin minlərlə ağır xəstə üçün "yavaş ölüm hökmü" mənasına gəldiyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirliyin yaydığı təcili açıqlamada xüsusi vurğulanır ki, siyahıya yeni xəstə əlavə olunmasa belə, hazırda qeydiyyatda olan 21 min ağır xəstə və yaralının xaricə göndərilməsi ən azı 4 il vaxt tələb edir.

Hərbi əməliyyatlar nəticəsində yaralananların və müalicə imkanlarının olmaması səbəbindən hər ay siyahıya əlavə edilən yeni pasiyentlər də nəzərə alındıqda, təxliyə prosesinin ümumi müddəti 8 ilə çatır. Nazirlik Birləşmiş Millətlər Təşkilatını () və beynəlxalq humanitar təşkilatları sərhəd-keçid məntəqələrinin tam açılması və məhdudiyyətsiz tibbi təxliyənin təmin olunması üçün İsrailə təcili təzyiq göstərməyə çağırıb.

Səhiyyə Nazirliyinin son məlumatlarına görə, regionda davam edən hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı 74 250-yə, yaralananların sayı isə 175 278 nəfərə yüksəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…