Əsas məzmuna keç

İsrailin Livana hava zərbələri: 9 ölü, 13 yaralı

İsrailin Livana hava zərbələri: 9 ölü, 13 yaralı

İsrail ordusunun Livanın Nəbatiyyə bölgəsinə endirdiyi aviazərbələr nəticəsində çox sayda insan həyatını itirib.

en ru

İsrail qırıcıları Livanın Nəbatiyyə bölgəsini hədəfə alaraq növbəti dəfə rejimini pozub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar nəticəsində mülki obyektlərə ciddi ziyan dəyib.

Cıbşit qəsəbəsində yerləşən bir evə edilən hücum zamanı 3 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb.

Tul qəsəbəsindəki yaşayış binasına endirilən zərbə 4 nəfərin ölümü və 6 nəfərin yaralanması ilə nəticələnib. Haruf qəsəbəsindəki daha bir evə qırıcıların hücumu nəticəsində 2 nəfər canından olub.

Məlumata görə, tərəflər arasında aprelin 17-də qüvvəyə minən 10 günlük atəşkəs mayın 17-dək uzadılmışdı. Buna baxmayaraq, İsrail ordusu hava hücumları və evlərin dağıdılması ilə razılaşmanı gündəlik olaraq pozmaqda davam edir.

Eyni zamanda bildirilir ki, Qəzzaya doğru hərəkət edən "Sumud" donanmasına da müdaxilə olunub və nəticədə 18 fəal saxlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…