İsrailin iki hərbçisi Livanla sərhəddə ölüb

İsrailin iki hərbçisi Livanla sərhəddə ölüb
20.09.2024 10:26
Aa
dəq

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "Hizbullah" partlayıcı maddəylə dolu pilotsuz uçuş aparatı ilə Qərbi Qalileya bölgəsinə zərbə endirib. Hadisə nəticəsində "Baram" briqadasının maddi-texniki təminat rotasına komandanlıq edən mayor ölüb, bir əsgər isə yaralanıb.

Bundan əlavə, bildirilib ki, Livandan atılan iki tank əleyhinə raketin Ramim silsiləsi ərazisində ordu mövqelərinə düşməsi nəticəsində “Qolani” briqadasının 51-ci batalyonundan bir serjant ölüb, daha 8 əsgər isə yaralanıb.

Qeyd edək ki, Yaxın Şərq böhranının yeni dalğasının başlanğıcından bəri ölən İsrail əsgərlərinin sayı artıq 715-ə çatıb, 4,4 mindən çox hərbçi xəsarət alıb.

Həftənin ən çox oxunanları

Sentyabrın 26-da BMT Təhlükəsizlik Şurasının “Şimal axını” üzrə iclası keçiriləcək

Sentyabrın 26-da BMT Təhlükəsizlik Şurasının “Şimal axını” üzrə iclası keçiriləcək
DAVAMIN OXU davamın oxu

Şimali Koreyanın zibil şarı Seuldakı hökumət kompleksinin yaxınlığına düşüb

Şimali Koreyanın zibil şarı Seuldakı hökumət kompleksinin yaxınlığına düşüb
DAVAMIN OXU davamın oxu

ABŞ Livandakı rabitə partlayışlarının nəticələrini qiymətləndirib

ABŞ Livandakı rabitə partlayışlarının nəticələrini qiymətləndirib
DAVAMIN OXU davamın oxu

Myanmada daşqınlar nəticəsində ölənlərin sayı 290-ı ötüb

Myanmada daşqınlar nəticəsində ölənlərin sayı 290-ı ötüb
DAVAMIN OXU davamın oxu

“Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb

“Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb
DAVAMIN OXU davamın oxu