Operativ Məlumat Mərkəzi

İsrailin hərbi kabineti HƏMAS-la danışıqların mümkün bərpasını müzakirə edib

2 dəq
Paylaş:
İsrailin hərbi kabineti HƏMAS-la danışıqların mümkün bərpasını müzakirə edib
bu barədə İsrail mətbuatı məlumat yayıb. Yeni razılaşma Qəzza zolağında bir ay müddətinə tam atəşkəs müqabilində birinci mərhələdə 40-dan 50 nəfərədək...

İsrailin hərbi kabineti yığıncaqda Qətərin HƏMAS ilə atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqların davam etdirilməsi təklifini müzakirə edərək, qrupun bununla prinsipcə razılaşdığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Yeni razılaşma Qəzza zolağında bir ay müddətinə tam atəşkəs müqabilində birinci mərhələdə 40-dan 50 nəfərədək girovun azad edilməsini nəzərdə tutur. Gözlənilir ki, ikinci mərhələ daha mürəkkəb olacaq və İsrail qoşunlarının anklavdan çıxarılması ilə bağlı ola bilər.

Bu təklifin Nazirlər Kabineti üzvləri tərəfindən müzakirəsinin gedişi və qəbul edilən qərarlar barədə məlumat verilmir.

“Times of Israel”in məlumatına görə, Misir bundan əvvəl həm İsrail, həm də HƏMAS nümayəndələrinə atəşkəsin yeni mərhələsi üçün ilkin təklif təqdim etdiyini bildirsə də, tərəflərdən heç biri buna cavab verməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər