Əsas məzmuna keç

İsraildə ölüm hökmü necə icra olunacaq? - Yeni qanun qəbul edildi

İsraildə ölüm hökmü necə icra olunacaq? - Yeni qanun qəbul edildi

Knesset edam cəzasını təsdiqlədi. Netanyahu tərəfindən dəstəklənən qərar Qərb Şəriyədə asılma ilə icra olunacaq. Beynəlxalq reaksiyaya səbəb olan detallar mətndə.

en ru

İsrail parlamenti – israilliləri qətlə yetirməkdə təqsirli bilinən fələstinlilərə ölüm hökmünün tətbiqini nəzərdə tutan qanun qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, səsvermə zamanı 62 deputat qanunun lehinə, 48 deputat isə əleyhinə səs verib.

Məlumata görə, qanunun qəbulu beynəlxalq ictimaiyyət və təşkilatları tərəfindən kəskin tənqid olunub. İfrat sağçı siyasi qüvvələr son bir ildə israillilərə qarşı millətçi cinayətlərə görə daha sərt cəzaların tətbiqi üçün bu təşəbbüsü irəli sürürdülər.

Qeyd olunur ki, İsrailin Baş naziri Binyamin Netanyahu qanun layihəsinin səsverməsi üçün şəxsən Knesset iclasında iştirak edib.

Qanuna əsasən, ölüm cəzası asılma yolu ilə icra olunacaq və Qərb Şəriyə ərazisində millətçi qətldə ittiham olunan fələstinlilərə tətbiq ediləcək. Eyni zamanda, qanun İsrail məhkəmələrinə bu ittihamlarla məhkum olunmuş İsrail vətəndaşlarına da ölüm cəzası vermək imkanı yaradır.

Hüquq mütəxəssisləri hesab edirlər ki, praktikada bu norma əsasən yəhudi deyil, fələstinli İsrail vətəndaşlarına şamil oluna bilər.

Bildirilib ki, qanun HƏMAS üzvləri də daxil olmaqla, artıq saxlanılan şəxslərə şamil edilməyəcək.

Qanunun 30 gün ərzində qüvvəyə minəcəyi qeyd olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…