Operativ Məlumat Mərkəzi

İsrail Qəzzanın cənubuna tanklar toplayıb

1 dəq
Paylaş:
İsrail Qəzzanın cənubuna tanklar toplayıb
müşahidəçilər İsrail silahlı qüvvələrinin Rəfah şəhərini işğal etməyə hazırlaşdıqlarını bildiriblər. İsrail hökuməti Rəfahı HƏMAS-ın sonuncu qalası...

İsrail hərbi komandanlığı Qəzza zolağı ilə cənub sərhədlərinə tanklar toplamağa başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, müşahidəçilər İsrail silahlı qüvvələrinin Rəfah şəhərini işğal etməyə hazırlaşdıqlarını bildiriblər.

İsrail hökuməti Rəfahı HƏMAS-ın sonuncu qalası adlandırıb.

Qəzza əhalisinin yarıdan çoxu – 1.4 milyona yaxın insan müharibədən qaçaraq Rəfaha sığınıb.

Qeyd edək ki, İsrail hərbi qüvvələri 6 aydan çoxdur ki, HƏMAS-a qarşı əməliyyatlar keçirir. Beynəlxalq təzyiqlərə baxmayaraq baş nazir Benyamin Netanyahu Rəfahı işğal edəcəklərinə və HƏMAS-ı tamamilə məhv edəcəklərinə and içib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər