Trampa qarşı şahidlər ifadə veriblər

Trampa qarşı şahidlər ifadə veriblər
27.04.2024 08:20
Aa
dəq

Amerika Birləşmiş Ştatları prezidentliyinə namizəd Donald Trampa qarşı onun pornoaktrisa Stormi Denielslə intim əlaqəsi haqqında məhkəmənin 2-ci həftəsi başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu iclasda Trampa qarşı şahidlər ifadə veriblər.

Onun keçmiş köməkçilərindən biri Rona Qraf Denielsi Trampın ofisinin yanında gördüyünü bildirib.

Amerikanın “National Inquirer” qəzetinin keçmiş müxbiri Deyvid Peker isə Trampa onun haqqında pis hekayələrin xəbərə çevrilməməsi üçün kömək etdiyini deyib.

O, Trampın prezident seçkilərində qalib gəlmə şansının artması üçün belə etdiyini ifadə edib.

Qeyd edək ki, iddialara görə, Tramp 2016-cı il seçkilərindən əvvəl Denielslə əlaqəsinin gizli saxlanılması üçün ona vəkili Maykl Koenin vasitəçiliyi ilə 130 min dollar ödəniş edib.

Nyu-York qanunlarına görə, belə bir ödəniş qanunsuz hesab olunmasa da, Trampın bu pulları hüququ xərclər adı altında qeydiyyata aldırması cinayətdir.

Tramp Denielslə heç bir əlaqəsinin olmadığını, ona qarşı açılan işlərin siyasi təqib olduğunu deyir.

Həftənin ən çox oxunanları

AB Meta ilə bağlı "uşaq təhlükəsizliyi" araşdırmasına başlayıb

AB Meta ilə bağlı
DAVAMIN OXU davamın oxu

İsrail Qəzzada Cibaliyada dinc sakinlərə atəş açıb

İsrail Qəzzada Cibaliyada dinc sakinlərə atəş açıb
DAVAMIN OXU davamın oxu

İndoneziyada vulkanın xəbərdarlıq səviyyəsi maksimuma qaldırılıb

İndoneziyada vulkanın xəbərdarlıq səviyyəsi maksimuma qaldırılıb
DAVAMIN OXU davamın oxu

Yeni Kaledoniya adasındakı iğtişaşlarda onlarla insan saxlanılıb

Yeni Kaledoniya adasındakı iğtişaşlarda onlarla insan saxlanılıb
DAVAMIN OXU davamın oxu

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 150-yə yüksəlib

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 150-yə yüksəlib
DAVAMIN OXU davamın oxu