İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 3 nəfər həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, İsrail əsgərlərinin Qəzzanın şimal-qərbində yaşayış binasını partlatması nəticəsində daha bir neçə nəfər yaralanıb.
Telekanal həmçinin İsrail Hərbi Hava Qüvvələrinin şəhərin şimal rayonlarını intensiv bombaladığını bildirir.