Operativ Məlumat Mərkəzi

İsrail Qəzzadakı xəstəxananı boşaltmaq üçün bir saat vaxt verib

1 dəq
Paylaş:
İsrail Qəzzadakı xəstəxananı boşaltmaq üçün bir saat vaxt verib
bu barədə Qəzzanın tibbi mənbələri bildirib. Belə ki, onlar İsrail qüvvələrinin Qəzzadakı Əl-Şifa xəstəxanasındakı həkimlərə, xəstələrə və köçkünlərə...

İsrail Qəzzadakı xəstəxananı boşaltmaq üçün bir saat vaxt verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qəzzanın tibbi mənbələri bildirib.

Belə ki, onlar İsrail qüvvələrinin Qəzzadakı Əl-Şifa xəstəxanasındakı həkimlərə, xəstələrə və köçkünlərə xəstəxananı boşaltmaları üçün bir saat vaxt verdiyini bildiriblər.

Xatırladaq ki, İsrail ərazisinə HƏMAS tərəfindən raket hücumları oktyabrın 7-də Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı”nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bəyan edib. Əks-əməliyyat “Dəmir qılınclar” adlandırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər