Təl-Əviv ABŞ-dən bölgəyə əlavə qüvvələr gələnə qədər Qəzza zolağına qarşı "quru müharibəsini təxirə salmaq" qərarına gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusuna məxsus radioda məlumat verilib.
Xəbərdə təxminlərə görə ABŞ qüvvələrinin gücləndirilməsinin gözlənilməsi və quru əməliyyatının təxirə salınması ilə bağlı razılığın əldə edildiyi qeyd edilib.