Operativ Məlumat Mərkəzi

ABŞ, Fransa, Almaniya, İngiltərə və Kanada İsrail-Fələstinlə bağlı bəyanat imzalayıb

2 dəq
Paylaş:
ABŞ, Fransa, Almaniya, İngiltərə və Kanada İsrail-Fələstinlə bağlı bəyanat imzalayıb

ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Giorgia Meloni, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Kanadanın baş naziri Castin Trüdo İsrail-Fələstinlə bağlı birgə bəyanat yayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bir sıra məsələlərə toxunulan sözügedən bəyanatda liderlər İsrailin özünümüdafiə üsulunu dəstəklədiklərini bir daha vurğulayıb və tərəfləri beynəlxalq hüquqi normalara riayət etməyə çağırıb.

Liderlər birgə bəyanatlarında azad edilmiş 2 ABŞ vətəndaşının geri qayıtmasından məmnun olduqlarını və bütün girovların dərhal azad edilməli olduğunu bildiriblər.

Rəsmilər Qəzzaya ilk humanitar yardımın gəlməsini alqışlayıblar və ehtiyac duyulan qida, su, tibbi yardım və digər yardımlara davamlı və təhlükəsiz çıxışı təmin etmək üçün bölgədəki tərəfdaşlarla eyni vaxtda çalışacaqlarına söz veriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər