Operativ Məlumat Mərkəzi

İsrail Qəzzada əhalinin evakuasiyası üçün humanitar dəhliz açır

1 dəq
Paylaş:
İsrail Qəzzada əhalinin evakuasiyası üçün humanitar dəhliz açır
bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb. Ordu sözçüsü Aviçai Adrai bildirib ki, dəhliz 4 saat (Bakı vaxtı ilə saat 12:00-dan 16:00-a qədər) açıq...

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalından cənuba dinc sakinləri təxliyə etmək üçün humanitar dəhliz açacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.

Ordu sözçüsü Aviçai Adrai bildirib ki, dəhliz 4 saat (Bakı vaxtı ilə saat 12:00-dan 16:00-a qədər) açıq olacaq.

Bu arada İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü, briqada generalı Daniel Haqari ölkənin şimal sərhədinin müdafiə və hücum üçün yaxşı hazırlandığını bildirib.

“Bizə hücumların ediləcəyi dəqiq yerə zərbə endirəcəyik. Biz dərhal reaksiya verməyə və zərbə vurmağa davam edəcəyik. Şimalda həm hücumda, həm də müdafiədə yaxşı hazırlaşmışıq”, - Haqari deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər