Əsas məzmuna keç

İsrail Qəzzada atəşkəsi uzatmaq və münaqişənin tam həllini gecikdirmək istəyir

İsrail Qəzzada atəşkəsi uzatmaq və münaqişənin tam həllini gecikdirmək istəyir

İsrail atəşkəsi təmin edən razılaşmanın birinci mərhələsinin müəyyən müddətə uzadılmasını istəyir. Bununla belə, münaqişənin yekun həllinə verəcəyi gözlənilən ikinci mərhələyə keçmək istəmir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan mənbələrin məlumatına görə, martın 1-də imzalanması planlaşdırılan sazişin birinci mərhələsinin başa çatmasına bir neçə gün qalmış İsrail atəşkəsin ikinci mərhələsinə keçidlə bağlı danışıqlarda iştirakdan imtina edib.

Qəzetin mənbələrinə görə, İsrailin baş naziri Binyamin Netanyahu onlarla girovun azad edilməsini təmin etmək üçün birinci mərhələnin uzadılmasını hədəfləyərkən, Qəzzadakı münaqişənin yekun həlli və qoşunların tamamilə çıxarılması ilə bağlı hər hansı götürməkdən yayınır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…