Əsas məzmuna keç

İsrail ordusunun tabor komandiri Qəzza zolağında ölüb

İsrail ordusunun tabor komandiri Qəzza zolağında ölüb

Qəzza zolağının şimalında döyüşlər nəticəsində İsrail Müdafiə Ordusunun daha bir hərbçisi, 33 yaşlı polkovnik-leytenant Salman Xabka ölüb. Məlumatı İsrail...

Qəzza zolağının şimalında döyüşlər nəticəsində İsrail Müdafiə Ordusunun daha bir hərbçisi, 33 yaşlı polkovnik-leytenant Xabka ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusu yayıb.

Bildirilib ki, o, Yanux-Catada yerləşən 188-ci “Usbat Barak” zirehli tank briqadasının 53-cü taborunun komandiri olub.

Məlumata görə, Salman Xabka oktyabrın 7-də Beeri qəsəbəsinin silahlılarından azad edilməsi əməliyyatında fəal iştirak edib.

Bildirilib ki, oktyabrın 31-dən noyabrın 2-dək HƏMAS-a qarşı keçirilən quru əməliyyatları nəticəsində İsrailin 18 hərbçisi ölüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…