Operativ Məlumat Mərkəzi

İsrail ordusu Xan Yunisdəki Nasser xəstəxanasının boşaldılmasını tələb edib

1 dəq
Paylaş:
İsrail ordusu Xan Yunisdəki Nasser xəstəxanasının boşaldılmasını tələb edib
bu barədə xarici KİV məlumat yayıb. Şahidlərin bildirdiyinə görə, İsrail ordusu “Quadcopter” tipli pilotsuz uçuş aparatları (PUA) göndərərək, İsrailin...

İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunisdəki Nasser xəstəxanasını mühasirəyə alaraq oraya sığınan məcburi köçkün fələstinlilərin xəstəxananı boşaltmasını tələb edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Şahidlərin bildirdiyinə görə, İsrail ordusu “Quadcopter” tipli pilotsuz uçuş aparatları (PUA) göndərərək, İsrailin hücumlarından qaçaraq xəstəxanaya sığınan köçkün fələstinlilərdən xəstəxananı boşaltmalarını istəyib.

Hadisə şahidləri xəstəxananın ətrafında çoxlu sayda ölü və yaralının olduğunu və İsrail qüvvələrinin sıx atəşi səbəbilə tibb qruplarının bu insanları daşımaqda çətinlik çəkdiyini bildirib.

Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada Nasser Xəstəxanasında vəziyyətin getdikcə pisləşdiyi və fəlakətə doğru getdiyi vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər