Operativ Məlumat Mərkəzi

İsrail ordusu Qəzzada 230-a yaxın obyektə hücum edib

1 dəq
Paylaş:
İsrail ordusu Qəzzada 230-a yaxın obyektə hücum edib
bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, xüsusilə, anklavın cənubundakı Xan Yunis şəhərində və Qəzzanın şimal bölgəsindəki...

İsrail Müdafiə Ordusu (IDF) Qəzza zolağında son sutka ərzində 230-a yaxın obyektə hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, xüsusilə, anklavın cənubundakı Xan Yunis şəhərində və Qəzzanın şimal bölgəsindəki Aş-Şati fələstinli qaçqın düşərgəsində olan yaraqlılara qarşı hava hücumları həyata keçirilib.

Vurğulanıb ki, İsrail hərbçiləri Qəzzanın şimalındakı Cəbəllütariq düşərgəsindəki məktəblərdən birində axtarış apararaq mülki şəxsləri oradan təxliyə ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər