İsrail əsgərləri Qəzza zolağında HƏMAS-ın tunellərini zərərsizləşdirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Əsgərlər Beyt Hanun yaxınlığındakı yaşayış massivində yaşayış binasının içərisində bir neçə tunel aşkar ediblər. Əsgərlər tunelləri məhv ediblər".