Misir kəşfiyyatı dəfələrlə HƏMAS-ın “çox böyük bir şey” planlaşdırdığı barədə İsrailə xəbərdarlıq edib, lakin İsrail Misirin xəbərdarlığına qulaq asmayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Associated Press” xəbər agentliyi adının açıqlanmasını istəməyən Misir kəşfiyyatının rəsmisi ilə danışıb.
Misir kəşfiyyatının nümayəndəsi HƏMAS-ın Qəzzadan İsrailə qarşı başlatdığı hərtərəfli hücumla bağlı İsraili əvvəlcədən xəbərdar etdiklərini bildirib.
“İsraillilərə vəziyyətin partlayış həddinə çatdığı və bunun belə olacağı ilə bağlı dəfələrlə xəbərdarlıq etmişdik”,- deyə məlumatda qeyd olunub.