İsrailin İranın nüvə obyektlərinə hücum edə biləcəyini göstərən yeni kəşfiyyat məlumatı əldə edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı CNN məlumat yayıb.
İran və ABŞ arasında nüvə danışıqları prosesi davam edərkən, İsrailin İrana hücuma hazırlaşdığı iddia edilib.
Rəsmilər bildiriblər ki, Tehran və Vaşinqton arasında nüvə danışıqlarının nəticələrinə əsasən İsrail çox güman ki, hücuma keçəcək.
“İsrailin İranın nüvə obyektlərinə hücumu ehtimalı xeyli artıb”, - rəsmilərdən biri bildirib.