Operativ Məlumat Mərkəzi

İsrail İrana qarşı dəniz müharibəsinə hazırlaşır

2 dəq
Paylaş:
İsrail İrana qarşı dəniz müharibəsinə hazırlaşır

İsrail İrana və onun dəstəklədiyi qüvvələrə qarşı dəniz müharibəsinə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə İsrailin "Walla" agentliyi yazıb.

Nəşr İsrail ordusundakı mənbələrə istinadən bildirir ki, Tehranın Yaxın Şərqdəki uzantısı hesab edilən “Hizbullah” hərbi-siyasi təşkilatı İrandan müasir sualtı qayıqlar və onlarla gəmi əleyhinə raketlər alıb.

Məqalədə qeyd edilir ki, dənizdə İsrail üçün əsas təhlükə ilk növbədə İran Hərbi Dəniz Qüvvələrindən gəlir. Onun İraq, Suriya, Yəmən, Qəzza zolağında dəstəklədiyi hərbi-siyasi təşkilatlar da əsas təhlükə mənbəyidir.

Məlumata görə, 2022-ci ildə İsrail hərbi dəniz qüvvələri Aralıq və Qırmızı dənizlərində, əsasən Suriya, Livan və Qəzza zolağı sahillərində 50 əməliyyat keçirib.

Hazırda hər iki dənizdə İsrail Hərbi Dəniz Qüvvələrinin 12 gəmisi var. Yaxın vaxtlarda İsrail ordusunun bu qolunun potensialının gücləndirilməsi planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər