Operativ Məlumat Mərkəzi

Rusiya ordusunda fərarilərin sayı artır - İddia

1 dəq
Paylaş:
Rusiya ordusunda fərarilərin sayı artır - İddia
bu barədə Britaniya kəşfiyyatının məlumatında deyilir. Britaniya Müdafiə Nazirliyinin “Twitter“ səhifəsində dərc edilən məlumata əsasən, son vaxtlar...

Rusiya Silahlı Qüvvələri sıralarında fərarilərin sayı artır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının məlumatında deyilir.

Britaniya Müdafiə Nazirliyinin “Twitter“ səhifəsində dərc edilən məlumata əsasən, son vaxtlar Rusiya ordusunda fərarilərin sayı xeyli artıb.

Nazirliyin analitiklərinin sözlərinə görə, bu ilin ilk 5 ayı ərzində Rusiya məhkəmələri ümumilikdə 1053 fərarilik işinə baxıb ki, bu da ötən illə müqayisədə xeyli çoxdur.

Qeyd olunub ki, məhkəmə sənədlərinə əsasən, rusiyalı fərarilər əksər hallarda şərti cəza alırlar. Bu qərar, onların yenidən Ukrayna ilə müharibəyə göndərilməsi üçün verilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər