Operativ Məlumat Mərkəzi

İsrail ehtiyatda olan əsgərlərin genişmiqyaslı səfərbərliyinə başlayır

1 dəq
Paylaş:
İsrail ehtiyatda olan əsgərlərin genişmiqyaslı səfərbərliyinə başlayır
bu barədə ''Qalei Tzahal'' radiosu məlumat yayıb. Məlumata görə, İsrail Müdafiə Qüvvələri 40 minə yaxın ehtiyatda olan əsgəri çağıracaq. Avqustun 29-da...

On minlərlə İsrail Müdafiə Qüvvələrinin (IDF) ehtiyatda olan əsgəri Qəzza şəhərinə hücumda iştirak etmək üçün hesabat verməyə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ''Qalei Tzahal'' radiosu məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələri 40 minə yaxın ehtiyatda olan əsgəri çağıracaq.

Avqustun 29-da İsrail ordusunun sözçüsü Aviçai Edri bildirib ki , İsrail ordusu Qəzza şəhərində hücuma hazırlığa başlayıb və onun kənarında döyüşlərin intensivliyini artırıb.

Avqustun 22-də İsrailin baş naziri Benyamin Netanyahu hərbi komandanlığın Qəzza zolağına nəzarətin qurulması və Fələstinin HƏMAS hərəkatının strukturunu ləğv etmək planlarını təsdiqləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər