Operativ Məlumat Mərkəzi

İsrail aviasiyası HƏMAS-ın 250-dən çox mövqeyinə zərbələr endirib

1 dəq
Paylaş:
İsrail aviasiyası HƏMAS-ın 250-dən çox mövqeyinə zərbələr endirib
İsrail ordusunun döyüş təyyarələri Qəzza zolağında 250-dən çox HƏMAS hədəfinə, əməliyyat komandanlıq mərkəzlərinə, tunel şaftları və İsrail ərazilərinə...

İsrail ordusunun döyüş təyyarələri Qəzza zolağında 250-dən çox HƏMAS hədəfinə, əməliyyat komandanlıq mərkəzlərinə, tunel şaftları və İsrail ərazilərinə atəş açan mülki ərazilərin mərkəzində yerləşdirilmiş raketatan qurğulara zərbələr endirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" İsrail Müdafiə Ordusuna istinadən xəbər verir.

Bildirilib ki, İsrail Hərbi Dəniz Qüvvələri Xan Yunis bölgəsində HƏMAS-ın yer-hava raket buraxılış məntəqəsinə də zərbələr endirib.

"Post məscid və uşaq bağçasının yanında yerləşir və bu, HƏMAS-ın qəsdən mülki obyektlərdən terror məqsədləri üçün istifadə etdiyini sübut edir", - məlumatda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər