İsrail Müdafiə Qüvvələri tərəfindən Tehrana endirilən gecə hava zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün ballistik raketlərin hazırlanması və sınaqdan keçirilməsi məqsədilə istifadə edilən yeraltı obyekt vurulub.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, İsrail ordusunun mətbuat xidməti rəsmi bəyanatında ən mühüm zərbələrdən birinin məhz SEPAH-ın sərəncamında olan silah tədqiqat və hazırlama kompleksinə endirildiyini təsdiqləyib.
Sözügedən kompleks SEPAH-ın Mərkəzi Hərbi Universitetinin ("İmam Xomeyni") mərkəzində yerləşirdi. Bu məkan həmçinin əməliyyat fəaliyyətləri üçün ehtiyat obyekt və toplanma yeri kimi xidmət edirdi.
Qeyd olunan komplekslə yanaşı, İsrail həmçinin "Əl-Qüds" bölməsinin baş qərargahının ərazisindəki infrastruktur obyektlərinə və Tehranın silah və müdafiə sistemlərinin istehsalı ilə məşğul olan digər müəssisələrinə də zərbələr endirib.