Əsas məzmuna keç

İsrail ordusu Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqlayıb

İsrail ordusu Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqlayıb

İran Milli Təhlükəsizlik Şurasının katibi və "Bəsic" rəhbəri İsrail HHQ-nin hava hücumu ilə məhv edilib. İsrael Katsın şok bəyanatının detalları mətndə...

en ru

İsrail Müdafiə Ordusu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında bildirilib.

"İsrail Müdafiə Ordusu elan edir ki, Hərbi Hava Qüvvələri ordunun kəşfiyyat məlumatları əsasında və unikal əməliyyat imkanlarından istifadə etməklə dəqiq zərbə endirib. Nəticədə Əli Laricani öldürülüb. Zərbə o, Tehranın yaxınlığında olarkən endirilib", - məlumatda qeyd olunub.

İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrail Hərbi Hava Qüvvələrinin hava zərbəsi nəticəsində öldürülüb.

“Operativ Məlumat Mərkəzi-OMM” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin İsrael Kats bildirib.

"Baş qərargah rəisi məni Milli Təhlükəsizlik Şurasının katibi Laricaninin və ""in rəhbərinin öldürüldüyü barədə məlumatlandırıb", - KİV-lər Katsın sözlərini sitat gətirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…