İsrail və Livan arasında birbaşa danışıqların ikinci mərhələsi ABŞ Dövlət Departamentində keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Bildirilib ki, görüş 23 aprel cümə axşamı Vaşinqtonda baş tutacaq. ABŞ Dövlət Departamentinin sözçüsü televiziya kanalına açıqlamasında 14 apreldən etibarən başlayan əməkdaşlığı “məhsuldar” adlandıraraq Vaşinqtonun iki ölkə arasında birbaşa və xoşməramlı müzakirələri təşviq etməyə davam edəcəyini bildirib.
“The Times of Israel”in məlumatına görə, İsrailin Vaşinqtondakı səfiri Yechiel Leiter və Livanın səfiri Nada Mouavad arasında birbaşa danışıqların ikinci mərhələsi keçiriləcək. Görüşdə həmçinin İsrail, Livan və ABŞ nümayəndələrinin də iştirakı gözlənilir.
Qeyd olunub ki, Livan Prezidenti Cozef Aun daha əvvəl danışıqlara ABŞ-nin keçmiş səfiri Simon Karamın rəhbərlik etdiyi nümayəndə heyətinin qatılacağını açıqlamışdı. İsrail və Livan arasında ilk görüş isə aprelin 14-də Vaşinqtonda baş tutmuşdu.