Fələstinə dəstək üçün təxminən bir aya yaxındır İspaniyanın paytaxtı Madriddəki Complutense Universitetinin kampusunda çadır qurub gecələyən tələbələr bu gün yol bağlama aksiyası keçiriblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təxminən 100-ə yaxın universitet tələbəsi Madrid şəhər mərkəzində kampusdan keçən yola çadırlarını daşıyaraq yolu bağlayıb, nəqliyyatı 2 saat dayandırıb.
Xəbərdarlıqdan sonra polis nümayişçilərə müdaxilə edərək dinc etiraz edən və onlara müqavimət göstərməyən tələbələri bir-bir yoldan uzaqlaşdırıb.
Polisin fövqəladə tədbir gördüyü etiraz aksiyası dincliklə başa çatıb.