Əsas məzmuna keç

İspaniya Senatında Fransa ilə dostluq sazişi rədd edilib

İspaniya Senatında Fransa ilə dostluq sazişi rədd edilib

İspaniya Senatında Fransa ilə dostluq sazişi üzrə səsvermədə sağçı Xalq Partiyası və ifrat sağçı “Vox”un 142 senatoru əleyhinə, Baş nazir Pedro Sançesin Sosialist Partiyasının 106 senatoru isə lehinə səs verib.

en ru

Fransa ilə dostluq sazişini rədd edib. Sənədin əleyhinə sağçı və ifrat sağçı “Vox” partiyasından 142 senator, lehinə isə Pedro Sançesin Sosialist Partiyasından 106 senator səs verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, səsvermə Kral Sarayında Fransa Prezidenti , Kral VI Felipe və Kraliça Letisiyanın iştirakı ilə rəsmi şam yeməyinin başladığı vaxt keçirilib.

Səsvermə Senat binasından bir neçə yüz metr məsafədə yerləşən Kral Sarayında keçirilən ziyafət zamanı baş tutub.

Fransa ilə İspaniya arasındakı dostluq sazişi ilk dəfə 2023-cü ilin yanvarında Barselonada Emmanuel Makron və tərəfindən imzalanıb. Daha sonra sənəd Madridin Deputatlar Konqresi, eləcə də Parisdəki Fransa Milli Assambleyası və Senat tərəfindən təsdiqlənib.

Senatda mütləq çoxluğa malik İspaniya Xalq Partiyası sazişin müddəalarından birinə qarşı çıxıb. Həmin müddəa iki ölkədən birinin hökumət üzvünün ən azı üç ayda bir dəfə digər ölkənin Nazirlər Şurasının iclasına dəvət olunmasını nəzərdə tutur.

İspaniya məhkəməsi Makronun Madridə səfərindən bir neçə gün əvvəl, sentyabrın 23-də Fransa-İspaniya dostluq sazişinin konstitusiyaya uyğun olduğuna qərar verib.

Fransa İspaniyadan başqa Avropada Almaniya, İtaliya və Polşa ilə də bu tip dostluq sazişləri imzalayıb. İspaniya isə qonşuları olan Portuqaliya və Mərakeşlə oxşar anlaşmalar bağlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…