İspaniya müdafiə naziri Marqarita Robles krallığın Qrenlandiyadakı Avropa hərbi missiyasında iştirakı ehtimalını istisna etməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Qrenlandiyada nəzarətin artırılması seçim olardı, amma gün ərzində hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Düşünmürəm ki, işləri tələsdirək", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın adanı ilhaq etməsinin zəruriliyi barədə açıqlamaları fonunda Avropa ölkələrindən ilk hərbi personal Qrenlandiyaya gəlib.