İspaniya antiinhisar qanunlarına əsasən "Amazon" və "Apple" şirkətlərini cərimələyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İspaniya Rəqabət Nazırliyindən məlumat verilib.
Aparılan tətqiqat nəticəsində "Amazon" şirkətinin "Apple" məhsullarının onlayn satışı zamanı digər rəqiblərini sıradan çıxardığı aşkarlanıb.
İspaniyada milli bazara nəzarət edən Rəqabət Nazirliyi bu hadisənin 2018-ci ildə imzalanan antiinhisar qanunlarına zidd olduğunu bildirib.