Operativ Məlumat Mərkəzi

İsmayıllıda naməlum kişi meyiti tapılıb, yaxınları axtarılır

1 dəq
Paylaş:
İsmayıllıda naməlum kişi meyiti tapılıb, yaxınları axtarılır
İyulun 20-də İsmayıllı rayonunun Diyallı kəndi ərazisində 25-40 yaşlarında olduğu ehtimal edilən naməlum kişi meyiti aşkar edilib. DİN-in Mətbuat...

İyulun 20-də İsmayıllı rayonunun Diyallı kəndi ərazisində 25-40 yaşlarında olduğu ehtimal edilən naməlum kişi meyiti aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, kimliyi istintaqa məlum olmayan şəxsin üzərində yaxasında ağ zolaqlar olan qara rəngli köynək, açıq göy rəngli şalvar və 39 ölçüdə qara ayaqqabı olub.

Bu şəxs barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti-Zəng Mərkəzi”nə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (050) 280-45-00 və (050) 775-75-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər