Əsas məzmuna keç

İsmayıllı meşəsində külli miqdarda narkotik vasitə tapıldı

İsmayıllı meşəsində külli miqdarda narkotik vasitə tapıldı

İsmayıllı rayonunun meşəlik ərazisində keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Bəs cinayətkarlar kimdir?

en ru

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə olan şəxslərə qarşı keçirilib.

DİN-in xidmətinin Şəki regional qrupundan “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 44 yaşlı Rəşad Mazanov saxlanılıb. Ondan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə ərazidə gizlətdiyi müəyyən olunub.

Keçirilən digər zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 36 yaşlı Paşa Usubov tutulub. Onun yaşadığı ünvandan 31 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…