İran Xarici İşlər Nazirliyi nüvə proqramının əhatə dairəsi ilə bağlı müzakirələr barədə yayılan iddiaları təkzib edib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə nazirliyin sözçüsü İsmayıl Bəqayi açıqlama verib.
Onun sözlərinə görə, hazırkı danışıqlar yalnız müharibənin dayandırılmasına yönəlib və nüvə proqramının detalları ilə bağlı heç bir müzakirə aparılmır.
Bəqayi bildirib ki, əgər hazırkı mərhələ nəticə verərsə, İranın nüvə proqramı gələcək danışıqların mövzularından biri ola bilər.
O, mediada bu barədə yayılan məlumatların isə yalnız “spekulyasiya” xarakteri daşıdığını qeyd edib.