Əsas məzmuna keç

İslandiyada son iki ildə doqquzuncu vulkan püskürməsi baş verib

İslandiyada son iki ildə doqquzuncu vulkan püskürməsi baş verib

bu barədə İslandiya Meteorologiya İnstitutu məlumat yayıb. Məlumata görə, püskürmənin böyük miqyasda olmadığı və lavanın təxminən 2 kilometr uzunluğunda...

İslandiyanın cənub-qərbindəki yarımadasındakı Sundnukaqiqar kraterlərində yeni püskürməsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İslandiya Meteorologiya İnstitutu məlumat yayıb.

Məlumata görə, püskürmənin böyük miqyasda olmadığı və lavanın təxminən 2 kilometr uzunluğunda olan yarıqdan püskürdüyü bildirilib.

Püskürmənin hava nəqliyyatına təsir etmədiyi bildirilir, lakin insanları bölgədəki hava ilə bağlı ehtiyatlı olmağa çağırıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…